Kriminal
Bakıda 11 il əvvəl törədilmiş qətlin üstü açıldı
Bakının Sabunçu rayonunda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin noyabrında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.
Belə ki, 1990-cı il təvəllüdlü, Azərbaycan vətəndaşı Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr yaranıb.
H.Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
-
Ekologiya10:36Qubaya qar yağdı
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz













.jpg)


















.jpg)

