Kriminal
İlkin Süleymanovun məhkəmə prosesi keçirildi
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət verib.
İlkin Süleymanov bildirib ki, kassasiya şikayətini verən vəkili Zabil Qəhrəmanov hazırda həbsdə olduğu üçün onunla görüşə bilməyib:
"Mən özüm də şikayətlə tanış olmamışam. Bu səbəbdən məhkəmədən mənə vaxt verilməsini xahiş edirəm".
Məhkəmə təqsirləndirilən İlkin Süleymanovun vəsatətini təmin edib.
Proses dekabrın 23-nə təxirə salınıb.
Xatırladaq ki, İlkin Süleymanovun vəkilləri onun günahsız olduğunu deyirlər. Onun barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Gəncə Apellyasiya Məhkəmələrinin qərarı ilə onun vəkilləri tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.
İlkin Süleymanov günahsız olduğunu deyir və ittihamı qəbul etmir. Onun vəkilləri tərəfindən verilən aspellyasiya şikayətində bəraət hökmünün çıxarılması istənilib.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
-
Nida Xəbər 12:36Ramiz Mehdiyevin xəyanət FOTOLARI yayıldı
-
İdman12:30Dünyanın ən seksual futbolçusu anası ilə FOTOLARINI paylaşdı: Bu sözləri yazdı
-
Ekologiya12:05Planetin ən soyuq yeri bəlli oldu: Neçə dərəcə şaxta var?
-
Region10:58Türkiyədə 120-dən çox şəxs saxlanıldı: Görün nəyi təbliğ edirmişlər
-
Nida Xəbər 10:30Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu ləğv edildi
-
Sosial09:30Azərbaycanda bu şəxslər yüksək məbləğdə pensiya alacaqlar - Təsdiqləndi
-
Dünya09:00Avropa ilə Rusiya arasında müharibə başlayacaq - XİN başçısı tarixi açıqladı
-
Nida Xəbər 08:10Azərbaycanda sabiq nazir vəfat etdi





































