Kriminal
DƏHŞƏT: Sevgilisini ilk görüşdə diri-diri basdırdı
Mərakeş sakini ilk görüş zamanı fransız qadını canlı-canlı torpağa basdırıb.
Publika.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı Fransa vətəndaşı Mina əl-Huari sosial şəbəkələrdə tanış olduğu və bir neçə həftə yazışdığı kişini görmək üçün Mərakeşə yollanıb. O, həyatının sevgisini tapdığına inanıb və Fəs şəhərində beşulduzlu hotelin iki nəfərlik nömrəsini bron edib. Lakin görüş faciə ilə nəticələnib.
Kişinin sözlərinə görə, söhbət yaxşı gedirmiş, amma bir anda Mina yerə yıxılıb və huşunu itirib. Qızın ürəyinin dayanığını düşünərək panikaya düşüb. Əmin olmadan vəziyyətini yoxlamadan, qızın öldüyünü güman edib və meytindən qurtulmaq qərarına gəlib – onu evinin yaxınlığındakı bağda torpağa basdırıb.
Sonradan məlum olub ki, Mina diaqnoz qoyulmamış şəkər xəstəliyindən əziyyət çəkirmiş və komaya düşüb. O, dayaz qəbirdə yavaş-yavaş boğularaq can verib.
Qız qohumları onunla əlaqə kəsildiyini görüb Mərakeşə uçaraq axtarışa başlayıblar. Daha sonra polis basdırıldığı yeri tapıb və kişini həbs edib. O, etdiklərini etiraf edib.
Hüseyn İbadlı
-
MDB09:55Rusiya: Tokionun remilitarizasiyasına cavab tədbirləri görəcəyik!
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video

































.jpg)

