Kriminal
Yatmış sevgilisini abort elədi: Cərrahın tükürpədən cinayəti - FOTO
ABŞ-da cərrah sevgilisi yatarkən ona əzilmiş abort həbləri içirdib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qeyd olunur ki, Ohayo ştatından olan 32 yaşlı cərrah Xassan-Ceyms Abbas iki aydır görüşdüyü qadının hamilə olduğunu öyrənib. O, xəbəri mənfi qarşılayıb və sevgilisini hamiləliyi dayandırmağa razı salmağa çalışıb, lakin o, körpəni saxlamaq istədiyini bildirib. Müstəntiqlərin fikrincə, sonra Abbas abort həbləri sifariş verib. Dərmanlar onun evinə çatdırılıb və ötən il dekabrın 18-də Abbas sevgilisi yatarkən onun ağzına əzilmiş abort həbləri qoyub.
"O, mənə söykəndi və barmaqlarını ağzıma qoydu", - deyə qadın bildirib.
Qadının sözlərinə görə, həmin an o, həyatı üçün ciddi şəkildə qorxub. Yarım saatdan sonra Abbas zərərçəkmişi buraxıb, o, daha sonra qaça bilib və vaginal qanaxma ilə xəstəxanaya gedib.
Ohayo ştatının Tibb Şurası onun tibbi lisenziyasını yalnız bu ilin noyabrında dayandırıb. Abbas, həmçinin fırıldaqçılıq, təhlükəli dərman əldə etməklə aldatma, aborta səbəb olan narkotik maddənin qanunsuz yayılması, adam oğurluğu, dövlət xidmətlərinin pozulması və sübutları saxtalaşdırma kimi ağır cinayətlərdə ittiham olunub.
Həkimi 20 min dollara qədər cərimə gözləyir. Zərərçəkmişin vəkili bildirib ki, məhkəmə prosesi yeni başlayıb və müttəhim əlavə ittihamlarla üzləşə bilər.
Adəm
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi


























.jpg)














