Kriminal
Sumqayıtda ailə faciəsi: Həyat yoldaşını öldürməsinin detalları bəlli oldu
Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Sənan qısqanclıq zəminində həyat yoldaşı Güneli (adlar şərti verilib – red.) qətlə yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, o, 2025-ci il yanvarın 22-də 1993-cü il təvəllüdlü arvadı Günelin votsapda SMS-ləri silindiyindən başqa kişi ilə ona xəyanət etməsindən şübhələnib.
İki gün sonra öz mobil telefonunda səsyazma tətbiqini aktivləşdirib və yaşadıqları evə qoyub. Bir neçə gün ərzində səs yazılarına təkrar-təkrar qulaq asıb, oradakı səslərdən evə tanımadığı bir kişinin gəldiyinə və Günelin xəyanət etdiyinə özünü inandırıb.
Yanvarın 29-da gecə saat 4 radələrində yataq otağında arvadı ilə bu mövzuda söhbət edib, səs yazısını ona təqdim edib, nə üçün xəyanət etdiyini soruşub. Günel isə səs yazılarından heç nə anlaşılmadığını bildirib və xəyanət etmədiyini söyləyib.
Sənan mətbəxdən bıçaq götürüb, geri qayıdıb. Arvadına xəyanət etdiyini söyləyib, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Ümumilikdə 24 bıçaq zərbəsi alan qadın vəfat edib.
“Xırda mübahisələrimiz olurdu”
İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Günellə münasibətləri əvvəllər yaxşı olub: “2011-ci ildə ailə qurmuşuq, 2-si oğlan, 1-i qız olmaqla 3 övladımız var. Avtomobilimi toylara kirayə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Arvadım evdar qadın olub, övladlarım məktəbə gedib.
Günellə əvvəllər aramızda dava-dalaş olmayıb. Yalnız arabir məişət zəminində xırda mübahisələrimiz olub”.
“Görüşməklə bağlı mesaj yazılmışdı”
Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 22-də günorta saatlarında evdə olarkən Günelə votsapda xatırlamadığı bir nömrədən mesaj gəldiyini görüb: “Günel yanımda olmadığından mesajı açaraq oxudum. Günelə görüşməklə bağlı mesaj yazılmışdı. Uşaqlar evdə idi deyə bu barədə ona heç bir söz demədim.
Bir neçə saat sonra telefona bir daha baxdıqda mesajın silindiyini gördüm. Günellə otaqda tək olduğumuzdan ona kinayə ilə mənə sadiq olduğunu bildirdim, buna görə minnətdarlıq elədim. O da mənə razılıq elədi.
Təxminən 2 gün sonra evdən çıxdım və işə gedən zaman telefonumun səsyazan tətbiqini aktiv edərək mənzilin girişindəki dolabın üstünə qoydum. Axşam evə qayıtdıqda telefonu götürdüm və səs yazılarını yaddaşda saxladım.
Təxminən 2 gün sonra 4 saatlıq səs yazısına hissə-hissə və təkrarən qulaq asdım. Səs yazılarından evə başqa bir kişinin gəldiyini, Günelin həmin kişi ilə sevgi münasibəti yaşadığını başa düşdüm”.
“Arvadımı öldürdüyümü etiraf etdim”
Sənan bildirib ki, yanvarın 29-da təxminən gecə saat 3 radələrində uşaqlar yatdıqdan sonra Güneli yuxudan oyadıb və səs yazısına qulaq asdırıb:
“Evə gələn kişinin kim olduğunu soruşdum. Səs yazısı yaxşı eşidilmədiyindən Günel evə başqa kişi gəldiyini boynuna almadı. Mən səs yazısına qulaqlıqla qulaq asdıqda hər şeyi ətraflı başa düşdüm və Güneli öldürmək niyyətinə düşdüm.
Mətbəxə keçdim, gündəlik istifadə etdiyimiz bıçağı dolabdan götürərək yenidən onun yanına qayıtdım. İşığı yandırdım, Günelə nahaq yerə mənə xəyanət etdiyini bildirdim. Sonra əlimdəki bıçaqla ona xatırlamadığım sayda zərbələr endirdim.
Müqavimət göstərdiyindən ona hansı nahiyələrinə zərbə endirdiyimi xatırlamamışam.
Günel hərəkətsiz qaldıqda paltarımı dəyişdim, əl-üzümü yudum və qonşuluqda yaşayan yeznəmin evinə gəldim. Ona Güneli öldürdüyümü, polisə təslim olmağa getdiyimi söylədim.
Ondan uşaqlarımı evdən götürərək öz yanına aparmasını xahiş etdim. Həmçinin uşaqlarıma mənim Günellə birlikdə bir müddətlik Qusar rayonuna, atasıgilin yanına getdiyimi deməsini xahiş etdim.
Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim oldum”.
Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası ifadəsində təqsirləndirilən şəxsi bağışlamadığını, ondan şikayətçi olduğunu və ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sənan 18 il azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində həmin maddə ilə hökm çıxarılmasını xahiş edib.
Şikayətə zərərçəkmiş şəxsin hüquqi varisi etiraz edib.
Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
-
İdman15:14"Qarabağ" uduzdu, tribunada oturan azarkeş hönkür-hönkür ağladı - VİDEO
-
Sosial15:10Bu işçilərin sayı və əməkhaqları artırılacaq - Prezident təsdiqlədi
-
Avropa15:07Ukraynanın axtardığı rusiyalı alim bu ölkədə həbs edildi: Nədə ittiham olunur?
-
Hadisə14:26DGK-nın vəzifəli şəxsləri saxlanıldı
-
Hadisə13:44Bakıda 8 şagird saqqızdan zəhərləndi
-
Sağlamlıq13:27Azərbaycanın qonşusunda "5 günlük qrip" tüğyan edir: Əlamətləri açıqlandı
-
Hadisə13:15Azərbaycanlı milyarderin Xəzər dənizindəki obyekti PUA ilə vuruldu
-
Region13:10Paşinyanın müəmmalı mövqeyi: Nə əldən qoyur, nə yardan doyur




























.jpg)






