Kriminal
Abituriyentlərə cavab ötürüb - Kamran Əsədova cinayət işi açıldı
Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən tarix müəllimi Gündüz Abbasov və təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçilən Gündüz Abbasov və hazırda barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş Kamran Əsədov iştirak edib. Hakim təqsirləndirilən şəxslərə hüquqi öhdəliklərini izah edib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub.
Daha sonra onların anket məlumatları dəqiqləşdirilib.
Kamran Əsədov hakimə prosesin qapalı keçirilməsini jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək qapalı keçirilməsini istəyib.
Lakin hakim Elçin Məmmədov K. Əsədovun bu vəsatətini təmin etməyib və jurnalistlərin prosesdə iştirak edə biləcəyini deyib. Hazırda barəsində həbs qəti imkan tədbiri seçilən Gündüz Abbasov isə Gəncədə Əhməd Cavad Cavad adına 2 nömrəli orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərir.
Növbəti Məhkəmə prosesi dekabrın 15-nə təyin olunub.
Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
İttihama görəx təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
-
Qoroskop02:00Günün ulduz falı: Bu bürcün maliyyə vəziyyəti yaxşılaşacaq
-
MDB00:15Bomba TƏHÜKƏSİ: "VTB Arena"dan 1500 nəfər təxliyə edildi
-
Ekopublika.az12 Dekabr 21:13Dolların məzənnəsi ilə bağlı vəziyyət dəyişdi - Yeni qərar nələrə səbəb olacaq?
-
Region12 Dekabr 21:00Rusiya Türkiyə gəmisinə hücum etdi
-
İdman12 Dekabr 20:24La Liqanın ən bahalı futbolçuları açıqlandı - Yamal, yoxsa Mbappe?
-
Region12 Dekabr 20:00Nərgiz Məhəmmədi həbs olundu
-
Magazin212 Dekabr 19:506-cı dəfə boşanır - Səbəbi isə...
-
İdman12 Dekabr 18:50Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı: "Bu uşaq niyə belədir?" - VİDEO











.jpg)





.jpg)




















