Kriminal
Məşuqunun arvadının iş yerinə basqın etdi - Sabirabadda film kimi olay
Sabirabad rayonunda qadınlar arasında yaşanan mübahisə dava ilə nəticələnib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü Şəmsiyyə Kazımova münasibətdə olduğu kişinin həyat yoldaşı Fəxriyyə Səlimova (ad-soyadlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında yaşanan mübahisə dava-dalaşla nəticələnib.
Kazımovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-su (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Kazımova bildirib ki, zərərçəkmiş Fəxriyyənin əri Elmar artıq 7-8 ildir onunla ər-arvad kimi yaşayıb:
“Bizim aramızda kəbinimiz var. Elmar Fəxriyyənin mənə qarşı işlətdiyi ifadələr barədə məlumat verib. Mən də Elmara Fəxriyyənin iş yerində olmasını, gələrək orada məsələni aydınlaşdıracağımı bildirdim. Buna görə də Elmarın çağırışı üzrə Fəxriyyənin iş yerinə getdim. Orada ilk əvvəl Fəxriyyə məni təhqir etdiyi üçün mən də onun ünvanına nalayiq ifadələr işlətdim. Lakin Fəxriyyəmin məni təhqir etməsi ilə bağlı əlimdə sübutu yoxdur”.
İş üzrə zərərçəkmiş Səlimovanın sözlərinə görə, Şəmsiyyə onun ailəsini dağıtmaqla məşğuldur: “Şəmsiyyə mənim iş yerimə hücum edib. Orada məni nalayiq ifadələrlə təhqir edib. Bundan sonra onun barəsində şikayət etdim”.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Kazımova 100 manat miqdarında cərimə edilib.
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı





















.webp)













.jpg)

