Kriminal
Polis silsilə cinayət törətmiş manyakı saxladı: 12 ildir azyaşlı qızları...
Çelyabinsk vilayətində yetkinlik yaşına çatmayan qızlara qarşı silsilə cinayətlərdə şübhəli bilinən 42 yaşlı Maqnitoqorsk sakini həbs edilib.
Publika.az Rusiya mətbuatına istinad xəbər verir ki, kişi 2012-ci ildən bəri qurbanlarını təhsil müəssisələrinin yaxınlığında izləyirmiş.
On iki il ərzində hüquq-mühafizə orqanları bir sıra əməliyyatlar həyata keçirib. 2023-cü ilin oktyabr ayında alınan bir məlumat istintaqa yeni təkan verib: şübhəlinin 13 yaşlı qızla yazışdığı və ona psixoloji təzyiq göstərdiyi məlum olub. Polis əməkdaşları onun telefon nömrəsini və şəxsiyyətini müəyyən edib.
Yerli sakinlərin sayıqlığı da mühüm rol oynayıb. Onlar məktəblərdən birinin yaxınlığında tez-tez park edən avtomobildə şübhəli bir kişi barədə polisə məlumat veriblər.
7-13 yaş arası 12 qadın qurbanın hamısı istintaq zamanı saxlanılan şəxsi tanıyıb. Onun şəxsiyyəti istintaq illərində toplanmış fotoşəkillər və digər materiallar əsasında müəyyən edilib.
Kişiyə qarşı iki ittiham irəli sürülüb: yetkinlik yaşına çatmayan şəxsə təcavüz və pornoqrafik materialların istehsalı.
Bildirilir ki, onu törətdiyi cinayətə görə uzunmüddətli həbs cəzası gözləyir.
Adəm
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı

















.webp)














.jpg)

