Kriminal
Bakıda kişi başqasının uşağına görə 18 min aliment ödədi - Həbs olundu
Bakıda kişi ondan olmayan uşağa görə 18 min manat aliment ödəyib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, İsgəndər Qayıbov keçmiş arvadı Nazilə Museyibovaya (ad-soyadlar şərtidir) ödədiyi alimentin geri qaytarılması üçün məhkəməyə müraciət edib.
İsgəndər iddia ərizəsində qeyd edib ki, koronavirus pandemiyasına qədər hər ay stabil olaraq aliment ödəyib. Lakin sonradan işsiz qaldığı üçün 5685 manat aliment borc yaranıb və buna görə ölkədən çıxışına “stop” qoyulub, eyni zamanda da icra tələbini yerinə yetirmədiyi üçün inzibati qaydada iki dəfə həbsə məhkum edilib, növbətisində 500 manat cərimə olunub.
İsgəndər Qayıbov ərizəsində onu da qeyd edib ki, 2025-ci ildə DNT testi verib və analizlər nəticəsində uşaqla bioloji uyğunluğu aşkar edilmədiyi üzə çıxıb. Buna görə də, o, məhkəmədən keçmiş arvadından 18 min amant alınaraq ona qaytarılmasına dair qərar çıxarılmasını xahiş edib.
Cavabdeh Nazilə Museyibova isə iddia tələbini qəbul etməyib. O bildirib ki, 2009-cu ilin avqustunda İsgəndər onu qaçırıb, noyabrda isə toy edib. Bir il sonra isə onlar ayrılıb, Nazilə başqa şəxslə ailə həyatı qurub. Nazilə ikinci həyat yoldaşından da boşanandan sonra İsgəndər 2012-ci ildə onunla yenidən barışmaq qərarına gəlib:
“Həmin vaxt ikinci həyat yoldaşımdan hamilə idim. İsgəndərlə yenidən nikaha daxil olanda bu barədə onun məlumatı var idi. Uşaq dünyaya gəldi və məndən xəbərsiz doğum haqqında şəhadətnamədə ata qrafasında öz adını qeyd etdirdi. Mən də dedim ki, sənin uşağın deyil, niyə belə edirsən? 2014-cü ildə İsgəndərlə yenidən ayrıldıq. O, uşağın ondan olmadığını bilirdi, qızı 12 il öz uşağı kimi qəbul edib”.
Nazilə iddia ərizəsinin heç bir hüquqi əsası olmadığına görə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə araşdırılması zamanı müəyyən edilib ki, İsgəndər Qayıbov uşağın doğum tarixinin nikahdan üç ay sonra baş verdiyini iddia ərizəsində etiraf edib . Bu müddət ərzində iddiaçı uşağın valideyni olduğunu qəbul edib və 12 il müddətində aliment ödəyib. Bu isə onun uşağın doğumundan dərhal sonra atalığını mübahisələndirməməsi deməkdir. İddiaçı tərəf uşağın onun övladı olmamasından xəbəri olmadığını bildirsə də, bu halı sübuta yetirə bilməyib.
Bu müddət ərzində İsgəndər tərəfindən mübahisə açılmaması və indi bu iddianın irəli sürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq əsassızdır. Məhkəmə qeyd edib ki, nikaha daxil olarkən 7 aylıq hamilə olan Nazilə Museyibova 2013- cü il təvəllüdlü qız uşağının bioloji atası olmamasını bilməməsi ağlabatan görünmür. Belə olan halda iddia tələbi əssasız hesab edilib və təmin olunmayıb.
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI






_(1).png)


.png)




.jpg)

























