Kriminal
Bakıda məşhur restoranın aşpazı həbs edildi - Gecələr bu cinayətləri törədib
Bakıda fəaliyyət göstərən “Xaçapuri Baku” restoranında aşpaz kimi çalışan, 2008-ci il təvəllüdlü S. Məmmədli soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az News24.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Araşdırmalar zamanı müəyyən olunub ki, S. Məmmədli işdən sonra evə qayıdarkən iki dəfə taksi sifariş edib. Sabunçu rayonunda yaşadığı evin yaxınlığına çatdıqda isə sürücülərə hücum edərək onların mobil telefonlarını ələ keçirib və hadisə yerindən qaçıb. Zərərçəkən iki taksi sürücüsü polisə müraciət edib.
İstintaq zamanı məlum olub ki, S. Məmmədli soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefonları “Lalafo” platformasında satışa çıxararaq satıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq həbs edilib. Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə təqsirli bilinən S. Məmmədliyə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lakin yaşı nəzərə alınaraq cəza şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












