Kriminal
Azərbaycanda məhkəmədə hakim özü-özünə etiraz etdi
Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilov məhkəmə prosesində özü-özünə etiraz edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırlıq iclasında baş verib.
Belə ki, ittiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə Qusar sakininin etibarından sui-istifadə edib və ümumilikdə 8500 manat pulunu ələ keçirib. Təqsirləndirilən şəxs zərərçəkənə onun oğlunun Qusar rayon Məhkəməsində CM-nin 152.1-ci maddəsi ilə olan cinayət işi üzrə yüngül cəza verdirəcəyini yalandan vəd verib.
Nəticədə hazırlıq iclasına sədrlik edən Əli Cəlilov özü-özünə etiraz edib. Məhkəmə hesab edib ki, hazırki cinayət işində Qusar Rayon Məhkəməsinin adı hallandığından həmin işə sözügedən məhkəmədə baxılması məqsədəmüvafiq deyil.
Təqsirləndirilən şəxsin cinayət işinə Qusar Rayon Məhkəməsində baxıla bilməməsinin məqsədəmüvafiqliyinə Sumqayıt Apellyasiya Məhkəməsi qiymət verəcək.
Qeyd edək ki, Əli Cəlilov Qusar Rayon Məhkəməsinə 2022-ci ildə təyinat alıb.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı












.jpg)







_(1).webp)


















