Kriminal
Azərbaycanda din xadimini öldürmək istədilər - Videoları üçün 50 min...
Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50 min manat pul almağa razılaşıb. Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar.
Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq video görüntüyə alıblar. Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək Masazır qəsəbəsində yaşadığı ünvana aparıb.
Bunun qarşılığında 500 manat pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib. Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.
Növbəti proses 26 fevrala təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
-
Magazin121:12“Oskar” mükafatı alan məşhur prodüser 77 yaşında vəfat etdi
-
Hadisə19:48Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO
-
İdman19:24Rus futbolçu “Beşiktaş”a niyə getməyib? - Agenti səbəbini açıqladı
-
İqtisadi gündəm19:12Azərbaycanda qızıl ucuzlaşıb? - YENİ RƏQƏMLƏR
-
MDB17:25Çernobıl AES silah anbarına çevrilib? - Polkovnikdən şok iddia
-
İdman17:17“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
MDB15:58Putin: "Dünyanı "çiçəklənən bağ"a və "vəhşi cəngəlliyə" bölməyə öyrəşənlər..."
-
Avropa15:05Qara dənizdə nə baş verir? - NATO hava kəşfiyyatına başladı





















.jpg)















