Kriminal
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verdi
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Moldovanın yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verdiyi, 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Firuz Farxodoviç Rustamov və Çinin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək barəsində beynəlxalq axtarış elan edilmiş, 1974-cü il təvəllüdlü ölkə vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkədə müəyyənləşib, onların haqqında həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq Moldova və Çinin həmin şəxslərin verilməsinə dair vəsatətlərinə baxılması üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. "Ekstradisiya haqqında" Avropa Konvensiyası və "Azərbaycan və Çin arasında təslim etmə haqqında" müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinə təhvil veriliblər.
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO














_(1).webp)
























