Kriminal
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu?
İndi bəhs edəcəyimiz “polkovnik”i ölkədə az qala, hamı tanıyır. Söhbət 2021-ci ildə özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi təqdim edərək Türkiyənin Marmaris bələdiyyə sədri Mehmet Oktay və digər rəsmi şəxslərlə görüşlər keçirən Rasim Əhmədlidən gedir. Onun ağlagəlməz fırıldaqları həmin vaxt ciddi rezonans doğurmuşdu.
Bəs “məşhur polkovnik”in sonrakı taleyi necə oldu?
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Türkiyədəki görüşlərindən sonra beynəlxalq axtarışa verilən Rasim Əhmədli bir müddət sonra tutularaq Azərbaycana gətirilib.
Əvvəlcə Xəzər rayonunda aparılan istintaqla ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, 2023-cü ildə isə növbəti cinayət epizodları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
.jpg)
Yekunda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Lakin Rasimlə bağlı yeni cinayət epizodları müəyyən edildiyindən, iş materialları əlavə istintaq üçün prokurorluğa qaytarılıb.
Yeni faktlar üzrə müəyyən edilmiş cinayət əməlləri Nəsimi rayonu ərazisində baş verdiyi üçün istintaq sonradan Nəsimi Rayon Prokurorluğunda davam etdirilib. Bu araşdırma dövründə - 2024-cü ildə “məşhur komandir” həbsdən azad edilib. Maraqlıdır ki, Rasimin dələduzluq cinayəti ilə bağlı hələ də məhkəmə araşdırması gedir. Onun işini Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov araşdırır.
Rasim Hazırda Bakıətrafı qəsəbələrdən birində yaşayır, ölkədən çıxışı qadağandır. Təqsiri sübuta yetirilsə, onu 5 ilə kimi həbs cəzası gözləyir.
Qeyd edək ki, əslən mingəçevirli olan Rasim Əhmədli 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınları zamanı özünü FHN əməkdaşı kimi təqdim edərək guya yanğınların söndürülməsində iştirak etdiyinə görə Marmaris bələdiyyə sədri tərəfindən təltif olunmuşdu. Lakin Türkiyə mediasında bu barədə məlumat yayıldıqdan sonra Azərbaycan FHN Rasim Əhmədli adlı əməkdaşlarının olmadığını açıqladı. Daha sonra Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayaraq Rasim Əhmədlinin müxtəlif cinayət əməllərinə görə beynəlxalq axtarışda olduğunu elan etmişdi




-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO





















.jpg)

















