Kriminal
Azərbaycanda 52 milyon manatlıq narkotik vasitə məhv edildi
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631,927 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə yandırılaraq məhv edilib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, məhv edilən narkotik vasitələrin 453 kiloqram 924,517 qramı heroin, 394 kiloqram 224,36 qramı marixuana, 2 kiloqram 245,25 qramı tiryək, 5 kiloqram 224,72 qramı həşiş qətranı olub, bundan əlavə, 3 kiloqram 13,08 qram, 26884 həb psixotrop və güclü təsir edən maddələr məhv edilib.
Məhv edilmiş narkotiklərin qara bazarda ümumi dəyəri 52 milyon manatdan artıqdır.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































