Kriminal
Cəlilabadda əmisinin balta ilə vurduğu qız öldü - YENİLƏNDİ
Əmisi tərəfindən baltalanan iki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Digər azyaşlının müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabadda əmiləri tərəfindən baltalanan uşaqların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Teleqraf-a verdiyi məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
"01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1-i qadın, 1-kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı əmiləri tərəfindən öz evlərinin həyətində balta ilə xəsarət alıblar.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq







































