Kriminal
Bağça direktorunun ağlasığmaz əməlləri
Dələduzluqda təqsirləndirilən "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi fevralın 4-də davam etdirilib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti iclasda zərərcəkənlər ifadə veriblər.
Zərərçəkən Ə.N bağçada müəllimə işləmək üçün təqsirləndirilən H.Rüstəmovaya müraciət etdiyini bildirib:
"O, bunun üçün məndən 4 min manat pul istədi. Aprel ayında təcrübə üçün kurs keçdim, sonra işə qəbul edildim. Şikayətçi deyiləm. Nə əhəmiyyəti var, pulu qaytaracaq ki?"
Digər zərərçəkmiş Zamiq Hüseynov isə bacısının nümayəndəsi kimi ifadə verərək təqsirləndirilən şəxsə 3 min manat pul verdiyini deyib:
"Bacım cəmi 3-4 gün işə gəldi. İlkin olaraq əmək müqaviləsi bağlamaq üçün 5 min manat istənildi. Bacım kollektivdən informasiya topladı ki, orda əmək haqqı vaxtında verilmir və 6 ay da maaş almırlar. Müttəhim 2 min manatımızı qaytarıb, min manat qalıb. Qalan pulumu istəyirəm".
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə, təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
"Moon Kids" uşaq bağçasının fəaliyyəti dayandırılıb.
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
































.jpg)

