Kriminal
Onların da həbs müddəti uzadıldı
"Hüriyyət TV" və "Hüriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və V. Məmmədov barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
***
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bununla bağlı bu gün Səbail rayon Məhkəməsində qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə M. İbrahim barəsində həbs qətimkan tədbirinin müddətinin 4 ay uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra DTX-ya aparılıblar.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası





































