Kriminal
Abasquliyeva ifadə verdi: Bu işlərdə o da məsuliyyət daşıyır
Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə iki zərərçəkənin ərizəsi təqdim edilib.
Ərizədə bir zərərçəkən təqsirləndirilənlərə qarşı şikayət və tələbinin olmadığını, digəri isə yalnız təqsirləndirilən Mehriban Abasquliyevaya qarşı şikayət və tələb irəli sürmədiyini qeyd edib.
Daha sonra Mehriban Abasquliyeva ifadə verib.
Onun sözlərinə görə, 2022-ci ildə Perinatal Mərkəzə direktor təyin olunub:
"Yanğın baş verənə qədər vəzifədə olmuşam. Hadisə baş verən gecə təcili yardım şöbəsindən mənə zəng gəldi. Mərkəzdə yanğın baş verdiyini dedilər. Həmin an hadisə barədə TƏBİB-in icracı direktoru və FHN-ə zəng elədim. Mən ora gedəndə xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul oldum. Hadisə yerinə TƏBİB-in icraçı direktoru da gəlmişdi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədləri tələb etdilər. Sonra prokurorluq əməkdaşları məni istintaq idarəsinə dəvət etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokuroluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress səbəbindən ifadə verə bilmədim. Mənə verilən sənədlərə imza atdım. Orada olarkən vəkillərimlə də əlaqə saxlaya bilmədim.
Daha sonra məni yenidən Baş Prokuroluğun İstintaq İdarəsinə çağırdılar. Orada dövlət hesabına vəkillə təmin edildiyimi dedilər. Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına təyin olunan vəkillə kifayətləndim. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi. Bu səbəbdən təqdim edilən hər bir sənədə imza atdım.
Mən 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bildim".
Mehriban Abasquliyeva bildirib ki, onunla bağlanan əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik olmayıb:
"Yanğının elektrik yuvasından yox, küvəzdən başladığı da otaqda olan kameradan açıq-aydın görünür. Küvəzlərə mütəxəssilər baxış keçirməyib. Yanğın küvəzdə baş verən nasazlığa görə olub. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yenidoğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər. Mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda bildirilir ki, yanğının söndürülməsində iştirak edən 4 nəfərin sağlamlığına yüngül zərər vurulub. Ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir".
Mehriban Abasquliyava qeyd edib ki, Perinatal Mərkəzdə artıq təmir işləri başa çatsa da, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamayıb:
"Əgər bu müddət ərzində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər həll edilə bilməyibsə, bunu mən necə edə bilərdim? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. Bu işlərdə o da məsuliyyət daşııyır, amma cinayət məsuliyyətinə cəlb olunmayıb. Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu. Eyni zamanda ora yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirdim".
Növbəti məhkəmə prosesi fevralın 25-nə təyin olunub.
Qeyd edək ki, 2004-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
-
Nida Xəbər 17:45İlham Əliyev məmurlara bu tapşırığı verdi
-
Nida Xəbər 17:30"Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır"
-
MDB16:52Zelenskinin əsas rəqibləri bəlli oldu: Ukraynanın növbəti prezidenti kim olacaq?
-
Magazin115:53Aşıq Tellinin qardaşı Atatürk Mərkəzində ölüb
-
MDB15:12Sensasion iddia: Kiyev Moskvaya nümayəndə heyəti göndərir
-
İdman14:32Nərimanın meneceri sirləri açdı: MLS-i hansı liqalardan üstün tutub? - EKSKLÜZİV
-
Region12:48Mənə ölkəni tərk etmək üçün təyyarə verdilər: Saakaşvili məhkəmədə elə şeylər dedi ki...
-
İdman11:47Ulduz futbolçunun cazibədar həyat yoldaşı: Həmin səfərdən ona görə narazı qalmışdı - FOTOLAR














.jpg)








.jpg)
















