Kriminal
Əməliyyatdan sonra komaya düşən gənc qadın - Estetik cərrahla barışdı
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edib.
Ərizədə Yaqub Əsədi ilə barışıq əldə olunduğu qeyd edilib və cinayət işinə xitam verilməsi xahiş olunub.
Təqsirləndirilən Yaqub Əsədi zərərçəkən tərəflə aralarında barışıq əldə olunduğunu təsdiqləyib: "İlk gündən xanımın yanında olmuşam. Zərərçəkən şəxsin qanuni nümayəndəsinin məhkəmədə iştirak etmədiyi üçün prosesin təxirə salınmasını xahiş edirəm".
Məhkəmə vəsatəti təmin edib.
Növbəti məhkəmə prosesi fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz













.jpg)

























