Kriminal
ABŞ-da daha bir ukraynalı qadın öldürüldü: Sevgilisi ilə birgə - FOTO
14 fevralda 21 yaşlı ukraynalı qaçqın Katerina Tovmaş və sevgilisi Şimali Karolinada şəxsi evdə güllələnərək öldürülüblər.
Bildirilir ki, eyni ştatda bir il ərzində ikinci ukraynalı qaçqının ölümü qeydə alınıb. 2025-ci ilin avqust ayında bir kişi metroda 23 yaşlı İrina Zarutskayanı bıçaqlayaraq öldürmüşdü.
Publika.az xəbər verir ki, bu barədə yerli polis, həmçinin mərhumun qardaşı Mixail Tovmaş sosial mediada paylaşım edib.
"Ukraynadakı müharibədən qaçaraq ABŞ-da sığınacaq axtaran qaçqın Şimali Karolinadakı evində qətlə yetirilib. Bu, son bir ildə Şimali Karolinada sığınacaq axtaran ukraynalı qadının əri (yaxud keçmiş sevgilisi) tərəfindən öldürüldüyü ikinci haldır", - deyə paylaşımda qeyd olunub.
Bildirilir ki, şübhəli şəxsin ilkin olaraq qızın keçmiş sevgilisi, 25 yaşlı Kaleb Qayden Fosno olduğu müəyyən edilib. O, Şimali Karolinaya Ohayodan gəlib və sonra gecə onların evinə qanunsuz daxil olub. Ailənin ən kiçik uşaqları, məktəb yaşlı iki bacısı və altı yaşlı qardaşı içəridə olub.
Müstəntiqlərin sözlərinə görə, kişi uşaqları oyadıb və oğlanı onu bacısının otağına aparmağa məcbur edib. Daha sonra uşağın gözü qarşısında bir neçə dəfə atəş açaraq Yekaterina Tovmaşı və onun 28 yaşlı sevgilisini öldürüb.
Fosno qətldən sonra qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən tutulub. O, qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.
Qeyd olunur ki, Yekaterina Tovmaş əslən Bila Çerkvadan olub. Rusiyanın Ukraynada başladığı müharibə səbəbindən ailəsi ilə birlikdə ABŞ-a qaçıb.
Adəm

-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz













.jpg)

























