Kriminal
Turist çantasını içi dolu itirdi, boş tapdı: Oğru 300 mini dərhal xərcləyib
Soçi hava limanında çantasını unudan turist 300 min rublundan (təxminən 6700 manat) olub.
Publika.az xəbər verir ki, bu barədə "Kuban 24" telekanalı məlumat yayıb.
Bildirilib ki, 38 yaşlı Moskva sakini çantasını səhvən Soçi Beynəlxalq Hava Limanında unudub. O, bunu yalnız Qızıl Polyanaya çatdıqdan sonra fərq edib.
Turistin sözlərinə görə, taksiyə minərkən əl çantasını hava limanına məxsus yük səbətində qoyub. Dərhal geri qayıdan şəxs çantanı tapsa da, içərisində olan 300 min rublun oğurlandığını görüb.
Hadisə ilə bağlı şübhəli şəxs bir neçə saat ərzində müəyyən edilib. 47 yaşlı Soçi sakini evində saxlanılıb və barəsində cinayət işi başlanıb. O, polisə ifadəsində pulu oğurladığını etiraf edib və qısa müddətdə həmin məbləği xərclədiyini bildirib.
Adəm
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















