Kriminal
Lənkəranda evdən ər və arvadın meyiti tapıldı: Nə baş verib?
Xəbər verdiyimiz kimi, Lənkəranda dəhşətli ailə faciəsi baş verib. Evdən ər və arvadın meyiti tapılıb.
Publika.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, kənd sakini Sərhad Məmmədov həyat yoldaşı, 61 yaşlı Balaqız Məmmədovaya atəş açaraq onu qətlə yetirib. Hadisənin səbəbi hələ məlum deyil.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Mənzilə baxış keçirilən zaman Balaqız Məmmədovanın meyiti ilə yanaşı, onu qətlə yetirməkdə şübhəli bilinən Sərhad Məmmədovun da meyiti aşkar edilib. Cinayətin törədildiyi ov tüfəngi maddi sübut kimi götürülüb. Meyitlər daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz

















.jpg)



















