Kriminal
“Ata-anamın həbsxanaya gəlib əziyyət çəkməsini istəmədim” - Əmisindən sonra özünü də...
Qubanın Qımıl-Qışlaq kəndində əmisi L.Seyidməmmədovu bıçaqlayan 1999-cu il təvəllüdlü Z.Seyidməmmədovun məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Müəyyən edilib ki, L.Seyidməmmədov birgəyaşayış qaydalarını pozub, sərxoş halda tez-tez ailə üzvləri ilə mübahisə edib, habelə etikadan kənar bir sıra hərəkətlərə yol verib.
27 yaşlı kişi isə əmisinin həmin əməllərinin kənd camaatı arasında onların ailəsini nüfuzdan saldığını düşünüb. Analoji hallar davam etdiyindən Z.Seyidməmmədov çıxış yolunu əmisini öldürməkdə görüb.
Maraqlıdır ki, təqsirləndirilən şəxs əmisini qətlə yetirdikdən sonra bunun nəticələri barədə də fikirləşib. Bu əməlindən sonra həbs olunacağını bilən Z.Seyidməmmədov həbsxanada olduğu zaman ata-anasının yanına gələrək əziyyət çəkməsini istəməyib. Buna görə də, o, əmisini həyatdan məhrum etdikdən sonra özünü də öldürmək qərarına gəlib. Z.Seyidməmmədov ifadəsində belə deyib.
Hadisəyə gəlincə, təqsirləndirilən şəxs həyətdə heç kimin olmamasından istifadə edərək əmisinə çoxsaylı bıçaq zərbələri endirib. Bu zaman əmisi onun əlindən çıxaraq evə daxil olub. 27 yaşlı kişinin ana və atasının araya girməsi nəticəsində onun əlindən bıçaq alınıb. Əmisi isə xəstəxanaya çatdırılıb. Təxirəsalınmaz ixtisaslı tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Z.Seyidməmmədov isə yorularaq taqətdən düşdüyü üçün evin arxasına keçib. O, həmin vaxt cibinə qoyduğu ülgücü çıxardaraq sol qolunu kəsib və yerə oturub.
Bundan sonra Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılan təqsirləndirilən şəxsin həyatı həkimlər tərəfindən xilas edilib.
Məhkəmənin qərarına əsasən, Z.Seyidməmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Seyidməmmədov hərbçi olub. O, hadisə baş verən vaxt məzuniyyətdə olub.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

