Kriminal
İtini gəzdirən şəxs çamadan tapdı - İçindən iki azyaşlı qızın meyiti çıxdı
ABŞ-ın Klivlend şəhərində polis çamadanda iki azyaşlı qızın meyitini aşkar edib.
Publika.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Meyitlər martın 2-də itini gəzdirən şəhər sakini tərəfindən tapılıb.
"Onların şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Amma mərhumların iki qız olduğu məlumdur. Onlardan birinin 8-13, digərinin isə 10-14 yaş aralığında olduğu güman edilir", - şəhər polis rəisi Doroti Todd bildirib.
Polis meyitlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verməsə də, onların parçalanmadığını açıqlayıb. Azyaşlıların ölüm səbəbi hazırda naməlumdur. Hüquq-mühafizə orqanlarının əlində qurbanların kimliyi və şübhəlilərlə bağlı konkret məlumat yoxdur.
Hadisənin hər hansı itkin düşmə faktı ilə də əlaqəsi yoxdur.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.jpg)



.png)


















