Kriminal
Ülviyyə Ağazadə pasiyentə 32 min manat təzminat ödəyəcək - Əməliyyatı qüsurlu icra edib
Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə “Azer Türk Med”da gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31.718 manat təzminat ödəyəcək.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı məhkəmə qətnamə qəbul edib.
Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, “Azer Türk Med”dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.
İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub. Sənədlərdə əməliyyatın qüsurlu icrası zamanı yumşaq toxumalar zədələndiyi, bunun da sonradan xəstənin vəziyyətinin ağırlaşmasına, yəni postoperasion hemorragik şoka, kəskin böyrək və qaraciyər zədələnmələrinə, posthemorragik anemiyaya, bilateral nozokomial pnevmoniyaya və sepsisə səbəb olduğu öz əksini tapıb. “Azər-Türk Med”də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları” 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələblərinin pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldırıb. O, pasiyentin mövcud hadisə ilə KİV-dəki açıqlamalarını onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini, bu səbəbdən mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 3000 manat tutulmasını xahiş edib. Məhkəmə Ülviyyə Ağazadənin tələbini rədd edib.
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)





















