Kriminal
Ölən anasının pensiyasını 11 il alıb: Bu qədər mənimsəyib
İnquşetiyada məhkəmə 11 il ərzində vəfat etmiş anasının pensiyasını alan şəxsə hökm oxuyub.
Publika.az "RIA Novosti"yə istinadən xəbər verir ki, Movsar İkajev 4 il müddətinə məcburi əmək cəzasına məhkum edilib. Onun maaşının 10 faizi dövlətin xeyrinə tutulacaq.
Məhkəmədə müəyyən edilib ki, İkajev anasının ölümünü Pensiya və Sosial Sığorta Fondunun yerli şöbəsinə bildirməyib. Nəticədə 2014-cü ilin mart ayından 2025-ci ilin iyun ayınadək mərhum anasının adına hesablanan məbləğ pensiya bank kartına köçürülməyə davam edib. O isə həmin vəsaiti öz hesabına köçürərək ümumilikdə 3,2 milyon rubldan (69 min manat) çox pul mənimsəyib.
Məhkəmə onu külli miqdarda özgə əmlakını gizli şəkildə talamaqda təqsirli bilib.
Adəm
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü















.png)





















