Kriminal
Göygöldə sərxoş gənc evlərinə qız gətirdi, atası ilə dalaşdı - TƏFƏRRÜAT
Göygöldə sərxoş halda küçədə səs-küy salan şəxs məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhəri, S.Hacıyev küçəsində baş verib.
2005-ci il təvəllüdlü Ayaz Babayev (ad-soyad şərtidir – red.) küçədə ünvansız nalayiq ifadələr işlədib. Bu zaman onun hərəkətlərinə son qoymasını istəsəyən polis əməkdaşlarına müqavimət göstərib.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.
İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən əvvəlki gün Göygöl şəhərə gedib, orada bir nəfər xanıma yaxınlaşıb: “Bundan sonra həmin xanımla Göygöl şəhərində “Karusel” kafe adlanan yerdə oturaraq yeyib-içdik. Daha sonra saat 23-24 radələrində evə gəlmək istədim. Həmin xanımın getməyə yeri olmadığından ona bizim digər evdə qalmasını dedim. Evə gəldikdən sonra sərxoş olduğumdan atam ilə dalaşdım. Lakin heç nə yadımda deyil”.
Təqsirli bilinən şəxs qeyd edib ki, evdə dava olduqdan sonra səhəri gün əmisioğlugilin həyətinə gəlib: “Həmin vaxt polislər mənə yaxınlaşdı və hadisə polisin deyildiyi kimi olub”.
Əlavə olaraq bildirib ki, həyətlərində iki evləri var: “Həmin xanımı öz yaşadığımız həyətə gətirdim. Xanımı qıraqdan tanımışam. Telefonla danışan zaman nalayiq ifadələr işlətmişəm. Telefonda kiminlə danışması sərxoş olması səbəbindən tam yadımda deyil. Evdə sərxoş olduğuma görə atam ilə dalaşdım. İki ədəd 750 qram araq içmişik. Çox sərxoş olmuşam, atamı vurub-vurmamam yadımda deyil. Mən qıza hədiyyə almışam, qız isə mənə qonaqlıq verib. Hədiyyəni atamın pulu ilə almışam”.
Babayev deyib ki, sərxoş və əsəbi olduğu üçün qışqıra-qışqıra telefonla danışıb: “Səhər oyandıqda marketdən pivə alaraq yenidən içmişəm və təkrar sərxoş olmuşam. Polislər mənə yaxınlaşaraq sakit olmamı dedilər. Mən isə polislərə narahat olmamalarını getmələrini dedim. Polislər məni şöbəyə çağırsalar da, mən getmədim”.
Göygöl Rayon Məhkəməsinin qərarı ilə Babayev 10 gün müddətinə həbs edilib.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

