Kriminal
“Qayınanam 8 aylıq qızımı təhqir etdi, bıçaqlamağa məcbur qaldım”
Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, ölümlə nəticələnən bu ağır cinayət hadisəsi müalicə məqsədilə dişə taxılan breketə görə baş verib. Gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində Rufanə qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.
Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib. Gəlin qayınanası ilə bir evdə yaşadıqlarını hakimlərin qarşısında təsvir edib: “4 ildir evliyəm, elə 4 ildir qayınanamla münasibətimiz pis olub. Bu söz-söhbətlərə görə dəfələrlə həyat yoldaşımla kirayə evə çıxmaq istəmişik. Amma imkan olmadığı üçün bu məsələ də alınmayıb. Həyat yoldaşım hər dəfə anasını yola verməyimi xahiş edirdi. Lakin artıq dözülməz idi. Təsəvvür edin, hamama girirdim, qayınanam mənə 5 dəqiqə vaxt verirdi. Rahat yemək yeməyə imkan vermirdi. Mənə gözəllik salonuna getməyə icazə vermirdi, hətta evdən çölə çıxmağıma qarşı idi. Sonuncu dəfə də dişlərimə breket taxdırdığım üçün üstümə gəlməyə başladı. Ərim icazə versə də, qayınanam razı olmadı. Elə bu söhbət vaxtı üstümə hücum çəkdi, 8 aylıq qızıma qarşı nalayiq sözlər işlətdi. Ən çox da körpəmə qarşı təhqirləri məni əsəbiləşdirdi, onu bıçaqlamağa məcbur qaldım. Ancaq çox peşmanam. Ən əsası uşaqlarımın ana qayğısına ehtiyacı var. Nə yeyib-içdiklərini bilmirəm”.
.jpg)
İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib. Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.
Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.
Təqsirləndirilən qadının əri ifadəsində Ruhanə ilə anasının mütəmadi olaraq mübahisə etdiklərini təsdiq edib. O da imkanları olmadığı üçün kirayə evə çıxa bilmədiklərini deyib. Hadisəyə gəlincə isə həyat yoldaşının dözümlü biri olduğunu, belə bir cinayət törətməsinə təəssüfləndiyini bildirib. O, övladlarından birinə özünün, digərinə isə qayınanasının baxdığını vurğulayıb.

Ruhanəyə sanksiya həddi 14 ildən 20 ilə kimi azadlıqdan məhrumetmə cəzası olan xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham verilmişdi. Amma Lənkəran Ağır Cinayətər Məhkəməsi bu ittihamı düzgün hesab etməyib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndilən şəxs zərərçəkmişə çoxsaylı bıçaq zərbələri vurmasını qəddarlıq və müstəsna dərəcədə rəhmsizliyi ilə deyil, onun baxışında vurulan zərbələrin, zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olub.
Bu və digər əsaslarla xanım müttəhimin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilib. İki azyaşlı uşaq anası olması və sosial ədalət prinsipəri nəzərə alınmaqla Ruhanəyə maddənin sanksiyasının aşağı həddi ilə 10 il həbs cəzası verilib.
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir




















.jpg)


















