Kriminal
16 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı Nuranə Ələkbərovanı boğub öldürdükdən sonra Kür çayına atan Seyidrəsul Talıbzadənin cəzası ağırlaşdırılıb.
Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla bağlı Şirvan Apellyasiya Məhkəməsi yeni hökm çıxarıb.
Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Seyidrəsul Talıbzadə ilə bağlı çıxardığı 10 il 6 aylıq azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Şirvan Apellyasiya Məhkəməsinin yeni hökmünə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsində cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətinə, əməlin xarakterinə və ictimai təhlükəliliyinə uyğun cəza həddi düzgün qiymətləndirilməyib. Məhkəmə belə qənaətə gəlib ki, Nuranə Ələkbərovanın qətli zamanı Seyidrəsulun xüsusi plan hazırlaması, sonuncunun yalvarışlarına baxmayaraq, amansız rəftar edərək 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayətin əməlini gizlətmək üçün qadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir. Onun bu davranışları cəza təyin olunarkən nəzərə alınmalı idi.
Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.
2024-cü ilin oktyabrında isə Seyidrəsulla Nuranənin Şirvanda toyları baş tutub. Həmin vaxt Nuranənin 15 yaşı olub.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

