Bərdədə məktəbliyə qarşı əxlaqsız hərəkət: Video yayıldı, ana polisə şikayət etdi - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Bərdədə məktəbliyə qarşı əxlaqsız hərəkət: Video yayıldı, ana polisə şikayət etdi - TƏFƏRRÜAT

2007-ci il təvəllüdlü Sabirabad rayon sakini Nihad məktəbli qıza qarşı əxlaqsız hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 2025-ci ildə Bərdə şəhərində baş verib.

Nihad 2012-ci il təvəllüdlü Süsəni (adlar şərti verilib – red.) kirayə qaldığı evin yataq otağına aparıb. Orada qıza intim hərəkətlər edib.

Onun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttiham üzrə özünü təqsirli bilən Nihad ifadəsində göstərib ki, Bərdə şəhərində müvəqqəti kirayədə yaşayır: “Bərdədəki kollecdə su təchizatı ixtisası üzrə təhsil alıram. Kirayə evdə məndən başqa İlqar, Osman, Vəli, Hüseyn və Həsən adlı tələbələr də qalır.

Tarixi dəqiq xatırlamadığım vaxtda Osmanla Süsən və onun rəfiqəsi Rəqsanənin dalınca düşdük. Onlar restorana gedikdə biz də içəri daxil olduq. Süsən və Rəqsanə ilə oturaraq söhbət etdik. Qısa tanışlıqdan sonra kokteyl içdik. Masanın üzərində olan 18 manat pulu Osman götürdü. O, Rəqsanəyə siqaret almaq üçün pul lazım olduğunu dedi. Rəqsanə də masanın üzərində olan pulu ona verdi. İlk dəfə Süsəni həmin gün gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün Osman, Süsən və Rəqsanə votsap sosial şəbəkəsində video-görüntü ilə söhbət edərkən onu da söhbətə qoşublar: “Söhbət əsnasında Süsən on yeddi yaşı olduğunu dedi. Mən danışığı yarımçıq kəsdim və dostlarımla voleybol oynadım. Təxminən bir saat sonra yenidən söhbətə qoşuldum”.

Nihadın sözlərinə görə, 2025-ci il aprelin 2-də Rəqsanə ona zəng edərək Süsənlə görüşərək onu gözləməyi təklif edib: “Həmin gün xəstə olduğumdan evdən çıxa bilməyəcəyimi dedim. Amma kollecin qarşısına gedib Süsənlə görüşdüm və Rəqsanəni gözləməyə başaldıq.

Süsənə Rəqsanəni kirayə yaşadığım evdə gözləməyi təklif etdim. O da razılaşdı, birgə yaşadığım evə getdik. Kollecdən ora təxminən 4-5 dəqiqəlik yoldu. Yolda bizi Ramil adlı şəxs gördü, Süsənlə salamlaşdı. Süsən əvvəlki sevgilisi olan Ramili gördükdə panikaya düşdü. Biz həyətə daxil olanda Həsən də orda idi, telefonla danışırdı. Həsəndən başqa Zülfü də evdə idi.

Süsənlə qaldığım otağa daxil olduq, yan-yana oturduq. O, Zeynəb adlı rəfiqəsi ilə telefonda danışırdı. Telefon söhbəti bitdikdən sonra Süsənin əlindən tutdum, zarafatlaşdıq, Süsən mənim boynumdan öpdü. Sonra intim hərəkətlər etməyə başladıq. Olanları telefonla videoya çəkdim. Video çəkilərkən Süsən bundan xəbərdar idi, heç bir narazılıq etmədi. Sadəcə videonun yayılmasından qorxduğunu bildirdi.

Mən videonu heç kimə göndərməmişəm, yalnız telefonumda saxlamışam. Sonradan Rəqsanə zəng edib videonu silməyimi xahiş etdi, mən də sildim”.

İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, Bərdə rayonunun kənd orta məktəbində 8-ci sinif şagirdidir: “Məlum hadisədən 3-4 ay əvvəl Rəqsanə adlı 17-18 yaşlarında bir qızla tanış oldum. Rəqsanə kollecdə oxuyurdu. İkimiz bir yerdə gedən zaman arxamızca əvvəl tanımadığımız iki oğlan düşdü. Biz restoranda oturduq. Rəqsanə arxamıza düşən oğlanları çağırmağı təklif etdi. Mən razı olmasam da, Rəqsanə onları çağırdı. Oğlanlardan biri Nihad idi. Qısa söhbətdən sonra masanın üzərində olan mənə məxsus pulu götürərək getdilər. İlk dəfə Nihadı onda gördüm”.

Zərərçəkmiş qeyd edib ki, evdə olarkən Rəqsanə ona zəng edib, Nihadı da danışığa qoşub: “Nihadla tanış olmağa başladıq. Məndən yaşımı soruşduqda ona 16 yaşımın tamam olduğunu dedim. On altı yaşa çatdığımı deməyi mənə Rəqsanə təklif etdi. Bərk-bərk tapşırırdı ki, heç kimə deməyim”.

Süsən deyib ki, hadisə günü Rəqsanə onu kollecdə gözləməyi tapşırıb: “Məktəbə getməmişdim, amma Rəqsanə ilə görüşmək üçün kollecə yollandım. Orada Nihadla qarşılaşdıq. Dedi ki, Rəqsanə onu evdə gözləməyi təklif edib. Nihad bundan əvvəl mənə əxlaqsız təklif etmişdi, razı olmamışdım. Bu səbəbdən yenə əvvəlcə razılıq vermədim. Sonra inandım və onunla bərabər kolleclə üzbəüz küçədə yerləşən bir evə getdik.

Yolda qardaşımın dostu Ramillə qarşılaşdıq. Qardaşımın mənim başqa oğlanla harasa getməyimdən xəbər tutacağından qorxdum. Evə çatdıqda Zeynəb adlı rəfiqəmə zəng edərək Ramilin bizi gördüyünü dedim. Zeynəb Rəqsanənin kirayə yaşadığı evin sahibəsinin nəvəsidir. Rəqsanəni də onun vasitəsilə tanımışam. Zeynəbdən kömək istədim, amma Nihadın təkidi ilə telefonu söndürməli oldum”.

Süsənin ifadəsinə görə, otaqda Nihad ona qarşı intim hərəkətlər edib: “Bu zaman video çəkiliş etdi. Nihadın yaşadığı evdən çıxdıqdan bir neçə dəqiqə sonra Osman “o nə videodur elə?” deyə mesaj yazdı. Osmanın baş verən hadisədən xəbərdar olduğunu bildikdən sonra siçan dərmanı alaraq özümü öldürmək istədim. Ailə üzvlərim hadisədən xəbər tutduqdan sonra anam polisə şikayət etdi”.

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Nihad 2 il 11 ay müddətində azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmənin iclas zalında həbs olunub.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verib. Bərdə Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin edilməsini və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab olunmasını xahiş edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilib.

Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.2-ci maddəsilə təyin edilmiş 2 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılıb. Onun üzərində qəti olaraq 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm