Kriminal
Bakıda üç nəfərə atəş açıldı: Biri hadisə yerində öldü - Yeniləndi
Bu gün axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.
Hadisə zamanı sonuncunun atası - 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C. Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
xxx
20:24
Xəzər rayonunun Türkan qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfər həyatını itirib, bir nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkan-Zirə bağ massivinin ərazisində qeydə alınıb. Belə ki, Cavanşir adlı şəxs üç nəfərə odlu silahdan atəş açıb. Atəş nəticəsində zərərçəkənlərdən biri hadisə yerində ölüb. Digər bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Digər şəxs hadisə yerindən qaçıb.
İnsidenti törətməkdə şübhəli bilinən Cavanşir saxlanılıb. O, Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları tərəfindən tutulub və hazırda istintaqa cəlb edilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Prokurorluq və polis əməkdaşları hadisənin bütün təfərrüatını araşdırır. Hadisənin hansı səbəbdən baş verdiyi, tərəflər arasında əvvəlcədən mübahisənin olub-olmaması istintaqın gedişində müəyyənləşdiriləcək.
Saxlanılan şəxs - Cavanşir Türkan qəsəbəsinin sakinidir və uzun müddətdir həmin ərazidə yaşayır. O, əsasən qoyunçuluqla məşğul olur və Zirə-Türkan bağları adlanan ərazidə məskunlaşıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini və silahlı insidentin bütün iştirakçılarını müəyyənləşdirmək üçün əməliyyat-istintaq tədbirlərini davam etdirir.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial23 Aprel 16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi




















.jpg)

















