Kriminal
Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - Gürcüstanda dəhşətli qətl
Aprelin 2-də Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.
Publika.az xəbər verir ki, yerli sakinlər hadisəyə səbəb olan münaqişənin martın 26-da keçirilən toy məclisində başladığını bildiriblər.
Məlumata görə, ağır cinayəti törətməkdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu hələ toy günü qisas almaqla hədələyib. Dünən isə o, gənci evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan Ümid çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. Şahidlər bildirirlər ki, gənc qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq qətlə yetirib.
Hadisənin şahidi olan sakinlərdən biri həmin anları belə təsvir edib: "Qışqırıq səsinə çölə çıxdım, artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi. Yazıq hasardan tullanıb qaçmaq istəyirdi, amma çatmadı. Onu yaxalayıb boğazını kəsdi. Eşitdiyimə görə, aralarında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona "səni bağışlamayacağam" deyib. Beləcə qisas aldı".
Digər bir sakin isə yaralı gəncin təxminən yarım saat kömək istədiyini, lakin hamı qorxduğu üçün yaxınlaşa bilmədiyini qeyd edib:
"Qatil bıçaqla silahlandığı üçün hamı qorxurdu. Mən gələndə o artıq qaçmışdı. Təcili yardıma zəng etməyə belə çəkinirdilər. Mən zəng etdim, amma artıq gec idi - boğazındakı dərin kəsik səbəbindən hadisə yerində keçinmişdi".
Hadisə baş verən gün şəhərin mərkəzi xəstəxanasında da vəziyyət gərgin olub. Həkimlər gəncin həyatını xilas edə bilmədikdən sonra xəstəxana ərazisində qarşıdurma yaşanıb. (Oxu.az)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü











.jpg)










.jpg)















