Kriminal
Tanınmış müğənninin anası qızının ölümünə səbəb olan sürücünü bağışladı
Ötən il Bakıda Dövlət Bayrağı Meydanı yaxınlığında tanınmış müğənni Vlada Axundovanın ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına 2002-ci il təvəllüdlü Mehdizadə Seyfulla çıxarılıb.
O, məhkəmədə ifadəsində 1 nömrəli çörək zavodunda gecə növbəsində sürücü işlədiyini, işdən sonra isə icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. 24 yaşlı gəncin sözlərinə görə, hadisə vaxtı yorğun olduğu üçün onu sükan arxasında yuxu tutub və bədbəxt hadisə qaçınılmaz olub. Onun çörək zavodunda iş rejimi gecə saat 03:00-dan başlayaraq gündüz 12:00-13:00 radələrinə qədər olub.
Vlada Axundovanın anası məhkəməyə ərizə təqdim edərək Seyfulla Mehdizadə ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. O, həmçinin qızının vəfatı ilə bağlı məhkəmə iclasının ona pis təsir edəcəyini və yaşının nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edib.
Şahid qismində ifadə verən 01-CH-477 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Sadiq İsaqov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur və hadisə zamanı həyatını itirən Vlada Axundova onun maşınına müştəri qismində əyləşib. Onun sözlərinə görə, Vlada Axundova qeyd edilən ünvana çatanda avtomobildən düşdükdən sonra qapını bağlamaqda çətinlik çəkib və bir neçə saniyə qapını örtməyə çalışdığı anda arxadan gələn maşın “Toyota”ya çırpılıb. Nəticədə Vlada Axundova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qısa olaraq bildirək ki, təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota”nı arxadan vurub. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Vlada Axundova hadisə yerində ölüb. Hadisə vaxtı Seyfullanın maşınında müştəri qismində əyləşən 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəsarət alıb.
Məhkəmənin qərarına əsasən, Seyfulla Mehdizadə üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Vlada Axundova vaxtilə “Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü











.jpg)










.jpg)















