Kriminal
Həmin dəstə üzvlərinin məhkəmə istintaqı başladı
Ötən ilin yayında Bakıda külli miqdarda qanunsuz narkotik dövriyyəsi ilə bağlı həbs edilən dəstə üzvləri – Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlinin məhkəmə istintaqı başlayıb.
Publika.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Prosesdə müttəhimlərin hüquq və vəzifələri izah olunub, onlar qanunun tələbinə uyğun olaraq peşəkar vəkillər və tərcüməçilərlə təmin ediliblər. Hakim bildirib ki, məhkəmə istintaqı ibtidai istintaqa bağlı deyil və təqsirləndirilən şəxslər istənilən vaxt əlavə dəlil və sübutlarını təqdim edə bilərlər.
İclasın davamında prokuror ittiham aktını elan edib.
İttihamın qısa məzmunu ondan ibarətdir ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə halında birləşərək xüsusilə külli miqdarda qanunsuz narkotik dövriyyəsini təşkil edib, eyni zamanda kibercinayətkarlıq fəaliyyəti ilə məşğul olublar.
Bu əməllərinə görə onlara Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup tərəfindən satış məqsədilə külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb. Maddələrin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Təqsirləndirilən şəxslər isə ittiham üzrə özlərini təqsirli bilməyiblər. Proses təqsirləndirilən şəxslərin sərbəst ifadələri ilə davam edib.
Qeyd edək ki, xarici müttəhimlər Daxili İşlər Nazirliyinin narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində saxlanılıblar.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü











.jpg)










.jpg)















