Kriminal
On altı yaşına çatmayan qızı qaçırıb, Sahil qəsəbəsindən Ağstafaya apardı - TƏFƏRRÜAT
Tovuz rayonunda 2003-cü il təvəllüdlü Fəhmin sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Azadə (adlar şərti verilib – red.) ilə intim münasibətdə ittiham olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə 2025-ci ilin müxtəlif vaxtlarında rayonun kəndlərindən birində baş verib.
Tovuz sakini Fəhmin qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadıqları müddətdə on altı yaşına çatmayan 2009-cu il təvəllüdlü Azadə ilə cinsi əlaqəyə girib.
Fəhminin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Fəhmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Tovuz rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğulam. Azadə ilə 2025-ci il yanvar ayının dəqiq xatırlamadığım günündə “Tik-Tok” sosial şəbəkəsində tanış oldum. Sonra bir-birimizə nömrələrimizi verdik və mobil telefon vasitəsi ilə danışmağa davam etdik. Vaxt keçdikcə aramızda sevgi münasibəti yarandı”.
Fəhmin qeyd edib ki, 2025-ci il aprel ayının əvvəllərində Azadə anası ona qohumu ilə evləndirmək istədiyini bildirib: "Bu səbəbdən birlikdə qaçmaq qərarına gəldik. Növbəti gün Azadənin anası ilə yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığına getdim. O da evdən çıxdı və qəsəbənin yaxınlığında mənimlə görüşdü. Dövlət qeydiyyat nişanını xatırlamadığım “Mercedes Benz” markalı avtomobilə əyləşdik və Qaradağ rayonundan üzü Tovuz rayonu istiqamətində hərəkətə başladıq.
Yolda düşündüm ki, Azadəni birbaşa yaşadığım evə yox, Ağstafa rayonunun kəndinə qohumumgilə aparım. Orada valideynlərimə bu barədə məlumat verim, daha sonra ailə üzvlərimlə birlikdə yaşadığım evə gedərəm. Buna görə öncə Ağstafa rayonunun kəndində yaşayan qohumumgilə getdik. Xumar xala valideynlərimə zəng edərək olanlar barədə məlumat verdi. Valideynlərimin razılığından sonra Azadə ilə evimizə getdim”.
Fəhminin sözlərinə görə, həmin gün Azadə ilə ilk dəfə evdə otaqların birində cinsi əlaqədə olublar: “Bundan sonra ər-arvad kimi yaşamağa davam etdik. Həmin gündən sonra daimi olaraq intim münasibətdə olmuşuq. Azadə hazırda hamilədir”.
Fəhmin qeyd edib ki, Azadə ilə ilk dəfə cinsi əlaqədə olan zaman 16 yaşı tamam olmayıb: “Mən Azadəni tanıyanda 15 yaşı vardı. Onu evlənmək niyyəti ilə yaşadığım evə apardım, cinsi əlaqəyə girən zaman yaşını bilirdim”.
İş üzrə zərərçəkmiş Azadənin sözlərinə görə, Qaradağ rayon Sahil qəsəbəsində anası ilə birlikdə yaşayıb: “2025-ci ilin yanvar ayında “Tik-Tok” sosial şəbəkəsində adını sonradan bildiyim Fəhminlə tanış oldum, aramızda sevgi münasibəti yarandı. Anam məni qohumlarımizla evləndirmək istədi. 2025-ci ilin aprel ayında Fəhminlə telefonla danışan zaman razılaşdıq ki, gəlib məni yaşadığım qəsəbənin yaxınlığından götürsün, birlikdə gedək. Danışdığımız kimi də etdik”.
Daha sonra zərərçəkmiş ifadəsində Fəhminlə qoşulub qaçmasından, onunla münasibətdə olmasından danışıb: “Fəhmin mənə qarşı digər seksual xarakterli hərəkətlər etməyib, zor tətbiq etməklə cinsi əlaqədə olmayıb. Çünki biz ər-arvad münasibətlərində olmuşuq. Fəhminlə ailə qurmaq mənim ən böyük arzumdur. Ona qarşı heç bir şikayətin yoxdur”.
Zərərçəkmiş Azadənin anası Şəhlanın sözlərinə görə, 2025-ci ildə qızı çörək almaq adı ilə evdən çıxıb və daha geri qayıtmayıb: “Bu barədə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə məlumat verdim. Məlum oldu ki, qızım tanış olduğu Tovuz rayon sakini Fəhminlə birlikdə evlənmək niyyəti ilə qaçıb. Təxminən 10 gün sonra qızımın yanına getdim. Bir neçə gün orada qalıb geri qayıtdım.
Hazırda onlar ər-arvad münasibətindədirlər və bir evdə yaşayırlar. Onların birlikdə yaşamalarına etiraz etmirəm. Azadə körpə ikən ərimdən ayrılmışam. O, atasız böyüyüb. Azadə bir müddət sığınacaq evində də yaşayıb”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və Fəhminə 1 il sınaq müddəti müəyyən edilməklə 1 il şərti cəza verilib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü











.jpg)










.jpg)















