Kriminal
Tərtərdəki qətlin təfərrüatı məlum oldu - YENİLƏNDİ
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişə zəmnində baş verib. Bir il əvvəl baş verən insidentə görə bu gün qətlə yetirilən 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetirib.
Bu gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
xxx
00:40
Tərtərdə 27 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi məlum olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Nağıyev Səfixan Fikrət oğludur.
Faktla bağlı araşdırma davam etdirilir
xxx
23:30
Tərtərdə 27 yaşlı kişi bıçaqlanıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanma hadisəsi Tərtərdə yerləşən kafelərdən birində baş verib. Əslən Ağdam rayonundan olan 1999-cu il təvəllüdlü Aslanov Nabil Saleh oğlu kafedə yeyib-içdikdən sonra bıçaqlanıb.
Çoxsaylı bıçaq xəsarəti alan N.Aslanov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb hadisənin başvermə səbəbləri dəqiqləşdirilir
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü











.jpg)










.jpg)















