Kriminal
Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI
Xəbər verdiyimiz kimi, 2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib.
Publika.az xəbər verir ki, Xüsusilə ağır cinayətdə ittiham olunan Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.
Mərhum Şilderin anası Mətanət Şilder “Qafqazinfo”ya açıqlamasında həmişə ilahi ədalətə inandığını, haqq-ədalətin gec-tez yerini tapacağını bildiyini deyib: “Əslində heç nə oğlumu geri qaytarmayacaq, amma yenə də oğlumun ölümündə əli olanların cəzalanmalarını görmək mənim arzum idi. Həmişə ölmədən bunu görmək istəmişəm”.
Qeyd edək ki, sözügedən qətl 2013-cü ildə ölkədə rezonans doğurmuşdu. Xəyal əvvəllər yüksək vəzifədə işləmiş Tariyel Ağayevin kürəkənidir. Vüsal Şilder Tariyel Ağayevin qızı ilə sevgili olub. Amma atanın bu münasibətə qarşı olduğu bildirilib. Məhz bu səbəbdən sonradan Vüsalın qətlinin sifarişində kürəkən Xəyal Əli-Zadə ilə birlikdə qayınatası T.Ağayevin də adı hallanıb.
Qətlə yetirilən Vüsal Şilder Adolf bir zamanlar Bakıda “Mercedes-Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olmuş Adolf Şilderin oğlu idi. O, əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı olan həmin şəxs Vüsalın anası ilə ailə qurub, onu övladlığa götürüb və Almaniya vətəndaşlığı almasına şərait yaradıb.
Vüsalın qətlinin icraçıları Elman İsgəndərov və Seymur Talıbov 2014-cü ildə məhkum edilsələr də, sifarişçi X. Əli-Zadə ölkədən qaçmışdı. O, yalnız 13 il sonra – bir neçə gün əvvəl tutularaq Azərbaycana gətirilib.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















