Sosial şəbəkədə başlayan münasibət: 15 yaşlı qız iki oğlanla tanış oldu, meşədə yaxalandı - TƏFƏRRÜAT
Bizi izləyin

Kriminal

Sosial şəbəkədə başlayan münasibət: 15 yaşlı qız iki oğlanla tanış oldu, meşədə yaxalandı - TƏFƏRRÜAT

Sosial şəbəkədə başlayan münasibət: 15 yaşlı qız iki oğlanla tanış oldu, meşədə yaxalandı -  TƏFƏRRÜAT

Gənc oğlan “İnstaqram” sosial platformasında tanış olduğu qadına qarşı əxlaqsız hərəkətlər edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü Eldəniz “İnstagram” sosial platformasında yetkinlik yaşına çatmayan Flora (adlar şərti verilib – red.) ilə münasibət qurub.

Qızın yaşını bildiyi halda onu qısa müddətli kirayəyə götürdüyü İsmayıllı rayonunun İvanovka kəndindəki evə aparıb və onunla cinsi əlaqədə olub. 2024-cü ilin mart ayında Flora ilə yenidən kirayə götürdüyü evdə görüşüb. Növbəti günlərdə onlar Talıstan meşəsində bir yerdə olublar.

Eldənizin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Münasibət yaratmaq istədiyini bildirdi”

İş üzrə ifadə verən Eldəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə İsmayıllı şəhərində yaşayır: “2023-cü il noyabr ayının əvvəlində “İnstagram” sosial şəbəkəsində adını sonradan bildiyim bir qız mənə ismarıc yazdı. O, ilk öncə məni gördüyünü, “VAZ 2107” markalı avtomobili idarə etdiyimi, mənim də onu tanıdığımı bildirdi. Mənimlə münasibət yaratmaq istədiyini dedi. Danışmağa davam etdik, səhəri gün görüş təyin etdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin noyabr ayının dəqiq tarixini xatırlamadığı günündə, səhər saat 10-11 radələrində Flora ilə İsmayıllı şəhərində, bazar adalanan yerin yaxınlığındakı uşaq bağçasının qarşısında görüşüb: “Bir qədər danışdıqdan sonra Flora getdi. Mən də maşınıma minib evimə yollandım. Gün ərzində “İnstagram”da danışmağa davam etdik. O, şəxsi həyatı ilə bağlı mənə heç bir söz demədi.

Növbəti gün Bakıda nənəm vəfat etdiyindən ailəmizlə ora getdik. Nənəmin 40 mərasiminədək Bakıda qaldım. Biz danışarkən Flora mənə İsmayıllı rayon sakini Məsimlə əvvəllər sevgi münasibətində olduğunu və qızlıq pərdəsini pozduğunu dedi”.

“15 yaşı olduğunu bilə-bilə əlaqədə oldum”

Eldənizin sözlərinə görə, İsmayıllıya qayıdandan 2-3 gün sonra Flora ona orta məktəbdə oxuduğunu deyib: “O, 11-ci sinif şagirdi olduğunu söylədi. Yanvarın 21-də Flora kursa getməyəcəyini söylədi və biz İvanovkaya fotoşəkil çəkməyə getməyi planlaşdırdıq. Saat 9 radələrində mənim maşınımda kəndə getdik. Kənddə hotelin, restoranının yaxınlığında şəkil çəkdirdik.

Floraya restoranların birində çay içməyi təklif etdim. O isə kiminsə görəcəyindən qorxdu, kirayə verilən evlərin birinə getmək istədiyini dedi. Yanacaqdoldurma məntəqəsində işləyən bir nəfər özünün evi olduğunu və kirayə verə biləcəyini söylədi. Qısa müddət üçün 20 manat istədi, biz də razılaşdıq. Mağazadan “Coca-Cola” və “Lays” cipsi alıb həmin evə getdik.

Söhbət zamanı cinsi ehtirasımı təmin etmək fikrinə düşdüm. Bir qədər sonra Flora da əlaqədə olmağı təklif etdi. Mən onun 15 yaşı olduğunu bilə-bilə onunla təbii yolla cinsi əlaqədə oldum, daha sonra biz İsmayıllı şəhərinə qayıtdıq”.

Eldəniz bildirib ki, 2024-cü ilin mart ayında Flora zəng edib və yenidən görüşmək istəyib: “Mart ayının dəqiq tarixini xatırlamadığım günündə, səhər saatlarında yenidən ilk dəfə görüşdüyümüz evə getdik. Flora yenidən mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi, biz əlaqədə olduq. Münasibətlərimiz davam etdi. Bu müddət ərzində 2-3 dəfə mənim avtomobilimdə görüşdük”.

Təqsirləndirilən şəxs bildirib ki, növbəti günlərin birində Flora yenidən ona zəng edib: "Saat 22 radələrində görüşdük. Avtomobili yaşayış məntəqəsindən kənarda saxladım. Avtomobildə olarkən polis əməkdaşları bizi yaxalayıb şöbəyə gətirdilər.

Floraya hər hansı hədə və yaxud zor tətbiq etməmişəm. Əməlimdən peşmanam. Flora ilə ailə qurmaq niyyətində idim”.

“Sevdiyinə inandım”

İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, İsmayıllı şəhərində orta məktəbdə oxuyub: “2022-ci ilin avqust ayından hazırlığa gedirdim. Birlikdə hazırlığa getdiyimiz Nəsibə adlı şagirdin qardaşı Məsimi həmin vaxtdan tanımağa başladım. Məsim çox vaxt oxuduğum məktəbin qarşısında olurdu.

2022-ci ilin noyabr ayında Məsim mobil telefonuma mesajla məni sevdiyini və yaxından tanış olmaq istədiyini yazdı. Onun məni sevdiyinə inandım və onunla mobil telefonda ünsiyyət saxladım”.

Flora qeyd edib ki, 2022-ci ilin dekabrın 15-də saat 14 radələrində evdən piyada gedərkən mərkəzi bazarın yanında Məsim ona yaxınlaşıb: “Yanında boynu zəncirli it vardı. Birlikdə piyada getməyə başladıq.

Məsim marketdən içki alaraq içdi, mənə də təklif etdi. İçkidən 3-4 qurtum aldım. Yol gedə-gedə hiss etdim ki, içki mənə təsir edir. Sonra Məsimin yaşadığı evə getdim. İti həyətdə bağlayaraq darvazanı arxadan vurdu. Ondan bacısı Nəsibəni soruşdum, həyətə onunla görüşmək üçün gəldiyimi döylədim.

Məsim məni tutaraq özünə tərəf çəkdi, həyətdə olan quraqlığa apardı, təbii yolla cinsi əlaqədə olduq. O, qızlıq bəkarətimi pozdu. Məsim dedi ki, bu barədə heç kimə heç nə demə, mən oğlanam, mənə pis baxmayacaqlar, sən biabır olacaqsan. Bundan sonra evə gəldim və qorxduğumdan valideynlərimə heç nə demədim. Məsimin mobil telefonunu blokladım”.

Floranın sözlərinə görə, 2023-cü ilin yanvar ayında Məsim başqa bir nömrədən onun mobil telefonuna zəng edib və restoranın yanında olduğunu, söhbət etmək istədiyini deyib: “Ona etiraz etdim. Qısa müddət sonra sinif yoldaşlarımdan eşitdim ki, Məsimin qızlığımı pozduğunu hamı bilir, bu barədə söhbətlər gəzir. Daha Məsimlə danışmadım.

May ayında məktəbə gedərkən sonradan adını bildiyim Eldəniz avtomobillə arxamca düşdü. “İnstagram” sosial şəbəkəsi üzərindən mesaj yazaraq ciddi tanış olmaq istədiyini bildirdi. Ona inandım və cavab yazdım”.

“Öz istəyimlə baş verdi”

Zərərçəkmiş şəxsin sözlərinə görə, Eldəniz bir müddət sonra bazar yaxınlığında olan uşaq bağçasının yanında onu avtomaşına mindirib: “2024-cü ilin yanvarın 21-də məni İvanovka kəndinə apardı. Tanımadığım şəxsə məxsus evin həyətinə getdik. Orada onunla öz istəyimlə cinsi əlaqədə oldum. 2024-cü ilin mart ayında dəqiq tarixini bilmədiyim gündə yenidən görüşdük, əvvəl görüşdüyümüz evə getdik.

Flora qeyd edib ki, həmin il mayın 18-də saat 22 radələrində Eldəniz votsapda yazaraq görüşməyi təklif edib: "Evdən çıxıb onun gəldiyi avtomobilə əyləşdim. Hara gedəcəyiyimizi soruşdum, işıq idarəsinin yaxınlığına gedəcəyimizi dedi. Avtomobili meşəlik ərazidə saxladıqdan sonra arxa oturacağa, yanıma gəldi. Hava qaranlıq idi.

Bu zaman qəflətən hansısa avtomobil yaxınlaşdı, Eldəniz geyinib maşından düşdü. Polis əməkdaşları şəxsiyyət vəsiqələrimizi və yaşımızı soruşdular, bizi şöbəyə gətirdilər. Baş verənlər barədə ərizə ilə müraciət etdim”.

İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Eldəniz 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən olunub.

Cinayət işində adı hallanan Məsimin barəsində araşdırma ayrıca icraatda aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm