Kriminal
Məktəbdə yandırılan yeniyetmə ilə bağlı daha bir məlumat yayıldı - Video
Yasamal rayonu ərazisində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında yaranan mübahisə qanlı münaqişəyə çevrilib.
Hadisə bu gün səhər saat 10:15 radələrində qeydə alınıb. Doqquzuncu sinif şagirdlərindən biri həmyaşıdının üzərinə spirt tökərək alışqanla onu yandırıb. 2011-ci il təvəllüdlü yeniyetmə ağır vəziyyətdə təcili yardım briqadası vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıya başın, üzün, boynun və gövdənin müxtəlif nahiyələrinin II-III dərəcəli yanığı diaqnozunu qoyublar. Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilən şagirdin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə saxlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəb rəhbərliyi hadisə ilə bağlı aidiyyəti qurumları və valideynləri məlumatlandırıb. Hazırda təhsil ocağında psixoloqlar şagirdlərlə dəstəkləyici işlər aparır, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















