Kriminal
Ümidin qətli ilə bağlı 11 nəfər saxlanıldı
Gürcüstanın Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları yalan ifadə vermək və qrup halında törədilmiş xuliqanlıq ittihamı ilə 11 nəfəri saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha bir şəxsə isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə qiyabi şəkildə ittiham irəli sürülüb.
Həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl – ciyər axşamı törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.
Gürcüstan mediasının məlumatına görə, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar. İş üzrə əsas sübutlardan biri kimi video görüntülər göstərilir. Kadrlara əsasən, toyda olan gənclər arasında əvvəlcə sözlü mübahisə yaranıb, bu, daha sonra fiziki qarşıdurmaya çevrilib və Marneulinin mərkəzində davam edib. İstintaq versiyasına görə, qarşıdurmanın iştirakçılarından biri soyuq silahla təxminən 30 yaşlı kişini yaralayıb və hadisə yerindən qaçıb. Onun hələ də saxlanılmadığı bildirilir.
İstintaq Cinayət Məcəlləsinin 117-ci, 239-cu və 370-ci maddələri ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. (Oxu.az)
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü





















.jpg)















