Daha
ABŞ Prezidentinin qızları geyiminə görə qınandı - FOTO
ABŞ prezidentinin qızları, Sasha və Malia Şükranlıq günündə keçirilən tədbir vaxtı hörmətsizlik və zövq çatışmazlığının nümayişində qınanıblar.
Publika.az BBC-yə istinadən xəbər verir ki, Prezidentin qızlarını Respublikaçı konqresmen Stefen Finçerin kommunikasiya departamentinin rəhbəri Elizabet Lauten öz Facebook səhifəsində tənqid edib. Ardınca da işlətdiyi acı sözlərinə görə üzr istəyib.
O, Facebookda qızların Şükranlıq günündəki hindtoyuğunun ənənəvi əvf etmə mərasiminə qısa ətəklərdə gəlməsini tənqid edib.
Xanım Lauten qeyd edib ki, mərasim vaxtı atalarının yanında duran 16 yaşlı Malia və 13 yaşlı Saşanın darıxdıqlarını görmək olardı. Həmçinin o, bacıların geyiminin yalnız bara layiq olduğunu yazıb.
"Birinci Ailənin üzvləri olan qızlar onlara ayrılan rola hörmət göstərməli idilər", Elizabet Lauten əlavə edib.
Facebook səhifəsindəki şərhlər sosial şəbəkələrdə geniş reaksiya doğurub. Bundan sonra Elizabet Lauten üzr istəyərək öz postunu silib.
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı




































