Dəb
Retro ikonalarının həsir papaqları yenidən trenddə - FOTO
Xatırlayırsınızsa, həsir çantaların moda dünyasına daxil olması və tarixi barədə məlumat vermişdik. Bu dəfə isə modapərəstlər həsir papaqların bu aləmdəki yeri ilə tanış olacaqlar.
Publika.az xəbər verir ki, həsir şlyapalar yay mövsümünün əvəzolunmaz aksessuarıdır və həmişə ekzotik cazibəsi sayəsində qızların marağına səbəb olur. Əvvəllər fəhlə sinfi ilə əlaqəli olsa da, samandan hazırlanan aksessuarlar demək olar ki, bütün moda ikonalarının yay obrazlarının əvəzolunmaz bəzəyinə çevrildi.
Onların populyarlaşmasında sösüz ki, əfsanəvi retro kino ulduzlarının xidmətləri danılmazdır. Məsələn, həsir papaqlar Bricit Bardo, Elizabet Teylor, Sofi Loren, Odri Hepbrun, Jaklin Kennedi və ya Romi Şneyderin obrazının həmişə ayrılmaz hissəsi olub. Həmçinin "Gözəlçə" filmində Culiya Robertsin xallı şərflə bəzədilmiş simvolik papağı bu filmdən sonra trend oldu.
Bu gün həsir papaq və şlyapalar yenidən trenddir. Onlar həm sarafanlar, həm kətən şortik və şalvarlarla nəinki ideal vəhdət təşkil edəcək, həm də üzünüzü günəşin ultrabənövşəyi şüalarından qoruyacaq. Odur ki, heç düşünmədən belə bir aksessuarı qarderobunuza daxil etməyə tələsin.
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama












.jpg)























