Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı
Bizi izləyin

Digər

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı

Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb.

Bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılışını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm