12 yaşında zorlanan qızın DƏHŞƏTLİ ETİRAFI: 4 nəfər məni tutdu, qoca kişi isə...
Bizi izləyin

Digər

12 yaşında zorlanan qızın DƏHŞƏTLİ ETİRAFI: 4 nəfər məni tutdu, qoca kişi isə...

“Mənə “pul gəlin” deyirlər. Hələ uşaq ikən babam yaşında bir adamla evləndirildim. 12 yaşımda hamilə qaldım”.

Publika.az xəbər verir ki, bu sözləri Nigeriyada ailəsinin borcunu ödəmək üçün satdığı qızlardan biri deyib.

Pul qarşılığında evlilik Nigeriyanın cənubundakı Beçeve xalqı üçün xarakterikdir. Gənc qızlar ailələrinin borclarını ödəməsi məqsədilə satılır. Qızlar onları alanların mülkünə çevrilir.

Doroti də həmin qızlardan biridir. O, anası və əmisi tərəfindən uşaq yaşında qoca bir kişi ilə evləndirildi.

“Adamın mənə təcavüz etməsi üçün digərləri əlimi və ayağımı tuturdu. 3 kişi və 1 qadın məni tutmuşdu. Təcavüzə məruz qaldım, adam qoca idi. Bir dəfə məni öldürsə belə, heç kimin reaksiya verməyəcəyini dedi.

Uşaq hüquqlarının müdafiəçisi Pastör Akonam Riçard isə bu ağlasığmaz adət haqqında “Bəzi qızlar bu ad altında fahişəliyə məcbur edilir. Onların hamilə qalması sahiblərini sevindirir. Çünki yeni uşaq, yeni pul deməkir” - deyə, bildirib.

Baçevelilərin lideri Sunday İçile isə uşaqların pula görə satılmadığını bildirib:

“Ötən əsrin 90-cı illərindən bu yana belə hal baş vermir. Pul qarşılığında evlilik 2009-cu ildən qanunla qadağandır. Bu vaxta qədər heç kim qanunu pozduğuna görə cəzalandırılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm