Bu türk dövləti ABŞ-ın “qara siyahı”sından qurtuldu
Bizi izləyin

Dünya

Bu türk dövləti ABŞ-ın “qara siyahı”sından qurtuldu

Özbəkistan əqli mülkiyyət hüquqlarına əməl etmədiyi üçün ABŞ-ın nəzarətində olan ölkələr siyahısından çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Özbəkistan Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Özbəkistan Respublikası Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinin (USTR) Hüquqi Mühafizə və Əqli Mülkiyyətin Mühafizəsi Vəziyyətinə dair 301-ci Xüsusi Hesabatında nəzarət altında olan ölkələr siyahısından çıxarılıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Özbəkistan 2000-ci ildə bu siyahıya daxil edilib.

“Son beş ildə respublika əqli mülkiyyətin qeydiyyatı prosedurlarının sadələşdirilməsi, onların hüquqlarının səmərəli müdafiəsi, eləcə də ÜTT-nin TRIPS sazişinin (əqli mülkiyyət hüquqlarının ticarətlə bağlı aspektləri üzrə - red.) tələblərinin həyata keçirilməsində mühüm nəticələr əldə edib”, - Ədliyyə Nazirliyi əlavə edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm