Təzə gəlindən Şahzadəyə DAHA BİR QADAĞA
Bizi izləyin

Digər

Təzə gəlindən Şahzadəyə DAHA BİR QADAĞA

Şahzadə Harri ilə evlənərək kral ailəsinə daxil olan Meqan Markl daha bir qadağası ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, tez-tez Keyt Middletonla yaşadığı problemlərlə gündəmə gələn Meqan Şahzadə Harriyə qadağalar qoymaqdan doymur.

İddialara görə, Meqan həyat yoldaşına spirtli içki qəbul etməyi qadağan edib. Mərasimlərin birində Harrinin spirtli içki yox, sadəcə su içməsi diqqət çəkib. Bu da iddiaların gerçək olması ehtimalını artırır.

Başqa bir iddiaya görə, Markl Harrinin çay və qəhvə içməsinə də qarışır. O həyat yoldaşının sadəcə su içməsini istəyir.

Üstəlik, Meqan Harrinin onun kimi yoqa və idmanla məşğul olmasına çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm