İspaniya futbolunun gələcəyi təhlükə altında: FİFA və UEFA bəyanat yaydı
Bizi izləyin

İdman

İspaniya futbolunun gələcəyi təhlükə altında: FİFA və UEFA bəyanat yaydı

FİFA və UEFA birgə bəyanat yayıb.

Publika.az xəbər verir ki, planetin və Avropanın əsas futbol qurumları hökumətin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə müdaxiləsindən narahatlıq duyublar.

“FIFA və UEFA böyük narahatlıqla RFEF ətrafındakı vəziyyəti diqqətlə izləyir. FIFA və UEFA Nəzarət, Normallaşdırma və Nümayəndəlik Komissiyası adlandırılan komissiyanın təyin edilməsinin RFEF-in işlərini müstəqil və hökumətin əsassız müdaxiləsi olmadan idarə etmək öhdəliyinə nə dərəcədə təsir göstərə biləcəyini qiymətləndirmək üçün əlavə məlumat tələb edəcək”, - deyə birgə bəyanatda bildirilib.

İspaniya hökuməti RFEF-in fəaliyyətinə nəzarət etmək, qanunsuz əməllərlə bağlı araşdırma aparmaq üçün xüsusi komissiya yaratmaq qərarına gəlib. "Marca"nın məlumatına görə, bu proses davam edərsə, UEFA və FİFA İspaniya klublarını, milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər.

Qeyd edək ki, mart ayında İspaniya Mülki Qvardiyası federasiyanın binasında, həmçinin Rubialesin evində axtarışlar aparmışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm