Venesuela Prezidenti vəzifəsinin icrasına başladı
Bizi izləyin

Digər

Venesuela Prezidenti vəzifəsinin icrasına başladı

Venesuela Prezidenti Nikolas Maduronun andiçmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Venesuela Ali Məhkəməsində baş tutan tədbirdə bir sıra ölkələrin dövlət başçıları iştirak ediblər.

Ölkə konstitusiyasına əsasən, mərasim Milli Assambleyada millət vəkilləri qarşısında keçirilməlidir. Ancaq parlament müxalifətin nəzarətində olduğundan tədbir Ali Məhkəmədə baş tutub.

Xatırladaq ki, ötən il mayın 20-də keçirilən seçkilər zamanı 1,9 milyon səs toplayan müxalif Tərəqqi Avanqard Partiyasının lideri Henri Falkona qarşı 6,2 milyona yaxın səs toplayan N.Maduro ikinci müddətə prezident seçilərək 2025-ci ilədək Venesuelanı idarə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm