Dünyanın gözlədiyi görüş başa çatdı - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Dünyanın gözlədiyi görüş başa çatdı - (YENİLƏNDİ)

Liderlərin 20 dəqiqəlik görüşü başa çatdı.

“Keçən 261 günlük müddət həqiqətən çox böyük səylərə səhnə oldu və eyni şəkildə səbrlə bu zaman içində səy göstərildi”, - Kim Çen In görüşdən sonra deyib.

O, danışıqların nəticəsinin müvəffəqiyyətli olacağına ümid etdiyini söyləyib.

“Kimlə burada olmağım böyük bir şərəf. Sizinlə birlikdə olmaq, həqiqətən, gözəldir. İlk görüşümüz müvəffəqiyyətli idi. Bütün dünyanın gözü üzərimizdədir. Hər iki tərəfin də məmnun olduğunu söyləyə bilərik. Bu sammitin ötənilki sammitdən daha müvəffəqiyyətli olacağına ümid edirəm. Atdığımız addımlar həqiqətən müvəffəqiyyətlidir. Ölkənizin sərhədsiz iqtisadi potensialı var, böyük bir lider olduğunuzu düşünürəm”, - Tramp vurğulayıb.

***

Vyetnamın paytaxtı Hanoyda ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının lideri kim Çen In arasında görüş başladı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüş “Sofitel Legend Metropole” mehmanxanasında keçirilir.

Daha əvvəl açıqlanan məlumata görə, liderlərin ilk görüşü 20 dəqiqə olacaq, sonra işçi şam yeməyi planlaşdırılıb. Əsas danışıqların fevralın 28-də olacağı bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm